...

"Traktor" İran çempionu oldu

İdman Materials 2 May 2025 23:20 (UTC +04:00)
"Traktor" İran çempionu oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın“Traktor” klubu tarixində ilk dəfə İran çempionatının qalibi olub.

Trend-in məlumatına görə, 28-ci turda “Şəms Azər”in qonağı olan “Traktor” ilk hissədə rəqib qapısından 3 cavabsız top keçirib. İkinci hissədə daha bir qol vuran Təbriz təmsilçisi oyunu 4:0 hesablı inamlı qələbə ilə tamamlayıb.

Bu nəticə ilə xallarını 64-ə yüksəldən “Qırmızı qurdlar”, ən yaxın izləyicisi “Sepahan”ı 8 xal qabaqlayaraq turnir cədvəlində zirvəni təmin edib. Qeyd edək ki, “Sepahan” bu turda məğlub olub və “Traktor”un çempionluğunu rəsmiləşdirib.

Xəbər lenti

Xəbər lenti