...

Şahzadə Harri Kral ailəsi ilə barışmağa hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 3 May 2025 06:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şahzadə Harri Kral ailəsi ilə barışmaq istədiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə o, “BBC”yə verdiyi müsahibədə danışıb. Harri atasının – Kral III Çarlzın onunla danışmadığını bildirib: “Mən daha mübarizə aparmaq istəmirəm və bilmirəm atamın nə qədər vaxtı qalıb”.

Şahzadə ötən illərdə ailəsi ilə yaşadığı fikir ayrılıqlarına toxunaraq onları bağışladığını və artıq münasibətləri bərpa etməyə hazır olduğunu vurğulayıb: “Ailəmlə barışmaq istərdim. Davamlı mübahisələrin mənası yoxdur”.

Xatırladaq ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin martında kral ailəsinin fəaliyyətlərindən könüllü şəkildə uzaqlaşıb. Cütlük hazırda ABŞ-da yaşayır.

Rəsmi vəzifələrdən geri çəkildikdən sonra Harrinin Böyük Britaniyada dövlət tərəfindən maliyyələşdirilən polis mühafizəsi ləğv edilib. O, bu qərardan narazı qalaraq məhkəməyə müraciət etsə də, Apellyasiya Məhkəməsi hökumətin qərarını qüvvədə saxlayıb. Hazırda Şahzadə Harri və ailəsi Birləşmiş Krallığa səfər etdikləri zaman təhlükəsizlik tədbirləri yalnız fərdi qaydada nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti