Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Almaniya hökumətini tənqid edərək, ölkədə müxalifətdə olan Almaniya üçün Alternativ (AfD) partiyasının ekstremist kimi tanınmasını və bu partiyaya qarşı tətbiq olunan tədbirləri “maskalanmış tiranlıq” adlandırıb.
Trend xəbər verir ki, Rubio bu fikirləri Almaniyanın kəşfiyyat agentliyinə AfD-yə qarşı yeni səlahiyyətlərin verilməsi fonunda səsləndirib.
“Almaniya indicə öz kəşfiyyat orqanına müxalifətə casusluq etmək üçün yeni səlahiyyətlər verib. Bu, maskalanmış tiranlıqdır,” – deyə Rubio bildirib.
Amerikalı siyasətçi hesab edir ki, Almaniya üçün əsas təhlükə AfD deyil, əksinə, bu partiyanın müxalif çıxdığı immiqrasiya siyasətidir. O, Almaniya hökumətini siyasi kursunu yenidən nəzərdən keçirməyə çağırıb.
