...

İngiltərə Premyer Liqası: "Mançester Siti"dən vacib qələbə

İdman Materials 3 May 2025 02:25 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Siti"dən vacib qələbə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasında 35-ci tura start verilib.

Trend xəbər verir ki, turun açılış oyununda "Mançester Siti" doğma meydanda "Vulverhempton"u qəbul edib.

Matçın taleyini Kevin De Bruynenin 35-ci dəqiqədə vurduğu yeganə qol həll edib. Beləliklə, son altı oyunda məğlub olmayan "canavarlar"ın seriyası qırılıb.

Bu qələbə ilə Pep Qvardiolanın yetirmələri xalını 64-ə yüksəldərək turnir cədvəlində 3-cü pilləyə qalxıblar və mükafatçılar sırasına düşmək şanslarını artırıblar.

Xəbər lenti

Xəbər lenti