...

Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

Hadisə Materials 3 May 2025 12:42 (UTC +04:00)
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov və Yasamal rayonlarında bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda vətəndaşın etibarından sui-istifadə edən şəxs onun 1450 manatını ələ keçirib.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətmiş 33 yaşlı S.Əzizli müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda bir nəfərin bank kartından 300 manatını oğurlamış 25 yaşlı N.Aslanov da saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti