Bakı. Trend:
2014-cü ildən bəri Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların sayı az qala 29 minə çatıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayılıb.
Məlumata görə, ən çox sayda məhdudiyyət tətbiq edən ölkələr isə ABŞ, Kanada və İsveçrə olub. 2025-ci ilin aprel ayına olan məlumata əsasən, Qərb tərəfindən Rusiyaya qarşı ümumilikdə 28 937 sanksiya tətbiq olunub və bunlar ticarət əlaqələri ilə birbaşa bağlı deyil.
Sözügedən üçlükdən sonra sanksiya sayına görə Norveç, İslandiya və Böyük Britaniya gəlir. Materialda həmçinin bildirilir ki, Avropa İttifaqı da bu ölkələrin sırasındadır və hazırda Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin hazırlanması üzərində işləyir.