...

BMTİP Bakı ofisinin bağlanması ilə bağlı məlumatı təsdiqləyib (YENİLƏNİB)

Siyasət Materials 2 May 2025 13:50 (UTC +04:00)
BMTİP Bakı ofisinin bağlanması ilə bağlı məlumatı təsdiqləyib (YENİLƏNİB)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndəliyi Bakıdakı ofisinin bağlanmasını təsdiq edib.

Bu barədə Trend-ə təşkilatdakı mənbə məlumat verib.

"Mən sabahdan etibarən ofisin rəsmi olaraq bağlanmasını təsdiq edirəm", - mənbə bildirib.

XXX

13:15

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndəliyi Bakıda ofisinin bağlanması ilə bağlı məlumatı təsdiq və ya təkzib etməkdən imtina edib.

Trend təşkilatdakı mənbəyə istinadən xəbər verir ki, hazırda BMTİP-in Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı rəsmi şərh yoxdur.

Eyni zamanda qurumdan açıqlama veriləcəyi təqdirdə rəsmi internet saytında dərc ediləcəyini qeyd edilib.

Xatırladaq ki, 3 mart 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul edərkən bildirib ki, Azərbaycan bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığını milli prioritetlərə uyğun davam etdirəcək.

Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti