...

Misli Premyer Liqası: "Zirə" qələbə ilə gümüş medalı rəsmiləşdirdi

İdman Materials 2 May 2025 22:14 (UTC +04:00)
Misli Premyer Liqası: "Zirə" qələbə ilə gümüş medalı rəsmiləşdirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında XXXIII tura start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun yeganə qolunu 48-ci dəqiqədə Salifu Suma vurub. Matçın son yarım saatını “Zirə” azlıqda keçirsə də, Tovuz təmsilçisi say üstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra Rəşad Sadıqovun yetirmələri mövsümü ikinci pillədə başa vurmağı rəsmiləşdirib və Premyer Liqanı gümüş medalla tamamlayacaq.

Qeyd edək ki, XXXIII tura mayın 4-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti