Bakı. Trend:
2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 3 milyon 193 min 862 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə 771 min 643 dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 10,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 9 milyon 577 min 583 dollar məbləğində tekstil ixrac edib.