...

İsveçdə muzeylərə giriş pullu olduqdan sonra ziyarətçi sayı kəskin azalıb

Dünya xəbərləri Materials 3 May 2025 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə İsveçdə ictimai muzeylərə pulsuz girişin ləğvindən sonra ziyarətçi axını nəzərəçarpacaq dərəcədə azalıb.

Trend xəbər verir ki, güzəştli girişin olmamasının artıq üçüncü ili olmasına baxmayaraq, 32 mərkəzi muzeyin əksəriyyəti bilet qiymətlərini artırıb. Hazırda bir biletin orta qiyməti 160 İsveç kronu (təxminən 15 ABŞ dolları) təşkil edir.

Ən bahalı muzeylər sırasında “Skansen” açıq hava muzeyi və zooparkı yer alır. Bu mərkəz əvvəldən də pulsuz giriş proqramına daxil deyildi. Mövsümdən asılı olaraq “Skansen”də bilet qiymətləri 220 ilə 285 kron (20-26 dollar) arasında dəyişir. Rəhbərlik bunu onunla əsaslandırır ki, kompleks 300 min kvadratmetrlik nəhəng ərazini əhatə edir və dövlət tərəfindən maliyyə dəstəyi xərclərin yalnız kiçik bir hissəsini qarşılayır.

“Skansen” rəhbərliyi bildirib: “Biz istəyirik ki, bu məkan canlı və açıq qalsın. Amma təmir aparılmazsa, hər şey dağılacaq. Uşaqlar üçün girişi pulsuz etmək istərdik, lakin iqtisadi durum buna imkan vermir”.

Əvvəllər pulsuz olan bir sıra muzeylərdə, məsələn, İqtisadiyyat və Tarix Muzeyləri ilə Silah Palatasında da qiymət artımı baş verib. Burada bilet qiymətləri 150-dən 180 krona (14-17 dollar) yüksəlib. Bu muzeylər “Dövlət Tarix Muzeyləri” qurumuna daxildir və qiymət artımı kinoteatr və digər mədəni tədbirlərlə müqayisə edilərək, istismar xərcləri nəzərə alınmaqla həyata keçirilib.

Bununla belə, bəzi mədəniyyət ocaqları, məsələn, ArkDes Memarlıq və Dizayn Muzeyi giriş haqqından imtina edib. Rəhbərliyin sözlərinə görə, bu addım ziyarətçi sayını iki dəfə artırıb.

Xəbər lenti

Xəbər lenti