Bakı. Trend:
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra karyerasında fasilə verəcək.
Trend xəbər
verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
54 yaşlı mütəxəssis bildirib ki, insanlar məni necə yadda saxlamaq
istəyirlərsə, elə də xatırlasınlar.
“Müqaviləm bitdikdən sonra fasilə götürmək niyyətindəyəm. Buna əminəm. Təqaüdə çıxacağam, ya yox – bilmirəm, amma mütləq ara vermək istəyirəm. Düşünürəm ki, “Barselona”, “Bavariya” və “Mançester Siti” azarkeşləri komandalarımın oyununu izləməkdən zövq alıblar”, - o qeyd edib.
Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.