...

Serbiya prezidenti xəstəxanadan evə buraxılıb

Dünya xəbərləri Materials 4 May 2025 03:44 (UTC +04:00)
Serbiya prezidenti xəstəxanadan evə buraxılıb

Bakı. Trend:

Serbiya prezidenti Aleksandar Vuçiç tibb müəssisəsini tərk edərək yaxın günlər üçün bütün planlarını ləğv edib. Sağalanda dövlət başçısı özü ictimaiyyətə müraciət edəcək.

Trend-in məlumatına görə, bu barədə baş nazirin birinci müavini və maliyyə naziri Sinişa Mali Serbiyanın Radio və Televiziyasına deyib.

"O, saat 17:00-dan sonra Hərbi Tibb Akademiyasını tərk edib. Onunla danışdım - deyir ki, özünü daha yaxşı hiss edir. Prezident özünü daha yaxşı hiss edir. O, bunun Serbiyanın bütün vətəndaşlarına çatdırılmasını xahiş edib. Gəlin ona bir neçə gün istirahət verək. Ona istirahət rejimi təyin olunduğu üçün növbəti bir neçə gün ərzində bütün fəaliyyətlərini ləğv edib", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti