Bakı.Trend:
Boliviyada içi timsahlarla dolu hövzəyə düşmüş kiçik təyyarənin beş sərnişini 36 saatdan sonra xilas edilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, radarlardan itən və 48 ərzində axtarılan kiçik mühərrikli təyarəni Amazon çayın sahillərində yaşayan balıqçılardan biri aşkarlayıb. Xilasedilənlər 3 qadın, bir uşaq və 29 yaşlı pilotdur
Pilot mətbuata verdiyi açıqlamada təyyarənin uçuş zamanı mühərrikinin sıradan çıxdığını və onun İtanamos çayı yaxınlığındakı gölməçəyə təcili eniş etməli olduğunu vurğulayıb.