...

Belçikada böhran vəziyyətinin elan olunması təklif edilib

Dünya xəbərləri Materials 3 May 2025 20:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika Baş Qərargah rəisi Frederik Vansina federal hökuməti daha tez silah ala bilmək üçün böhran veziyyət elan etməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə "Het Laatste Nieuws" qəzeti xəbər verib.

"Ya müharibə, ya da sülh, lakin bu gün biz ortada bir yerdəyik, təhlükənin artdığı hibrid vəziyyətdəyik", - deyə Frederik Vansina bildirib.

Onun sözlərinə görə, Belçika hazırda silahları sülh zamanı rejimində, çətin və ləng dövlət bazarları vasitəsilə alır. Eyni zamanda, o, “gecə-gündüz tanklar, təyyarələr və silahların istehsal edildiyi” Rusiyanı qeyd edib.

Baş Qərargah rəisi silah tədarükünü sürətləndirməkdən əlavə, limanların və rəqəmsal şəbəkələrin təhlükəsizliyinin gücləndirilməsindən də narahatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti