...

NATO donanmaları Şotlandiya yaxınlığında genişmiqyaslı təlimlərə başlayıblar

Dünya xəbərləri Materials 4 May 2025 00:27 (UTC +04:00)
NATO donanmaları Şotlandiya yaxınlığında genişmiqyaslı təlimlərə başlayıblar

Bakı. Trend:

NATO Şotlandiyanın qərb sahillərində raket və hava hücumundan müdafiə üzrə Formidable Shield 2025 adlı genişmiqyaslı dəniz təliminə başlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin 6-cı donanması bildirib.

Məlumata əsasən, Norveç yaxınlığında da keçiriləcək təlimlərdə NATO ölkələrini müxtəlif növ ballistik və qanadlı raketlərdən qorumaq üçün gəmi və təyyarələrin hərəkətləri tətbiq olunacaq.

Mayın 23-dək davam edəcək manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Norveç, İspaniya, Danimarka, Belçika, Hollandiya və Kanada da daxil olmaqla, NATO-ya üzv 10 ölkədən 16 gəmi, 25 döyüş təyyarəsi və 3000 hərbçi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti