Bakı. Trend:
Bakıda keçirilən “Bədii gimnastika üzrə Avropa kuboku”nun üçüncü
günü başlayıb.
Trend xəbər verir
ki, yarışın üçüncü günündə gənclər arasında qrup hərəkətləri
komandası 5 halqa, 5 gürzlə çıxış edəcək.
Gənclər arasında çoxnövçülükdə qaliblər müəyyənləşəcək. Daha sonra gənclər yaş kateqoriyasında gimnastlar fərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top, gürzlər və lentlə çıxış edəcəklər və onların mükafatlandırılması olacaq.
Ardınca isə qrup hərəkətləri komandasında böyüklər arasında çarpaz qarşılaşmalar olacaq. Onların mükafatlandırma mərasimi ilə üçüncü günə yekun vurulacaq.
Fotolar: Xanlar Əlizadə