...

Ştutqartda avtomobil faciəsi avtomobil qəzası nəticəsində 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 3 May 2025 01:19 (UTC +04:00)
Ştutqartda avtomobil faciəsi avtomobil qəzası nəticəsində 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın cənubundakı Ştutqart şəhərində baş vermiş avtomobil qəzası nəticəsində bir nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə şəhər prokurorluğu və polis birgə açıqlama yayıb.

Bildirilir ki, “Mercedes” markalı avtomobil yerli vaxtla saat 17:50 radələrində idarəetmədən çıxaraq yol kənarında dayanan insanlara çırpılıb.

Qəza nəticəsində 46 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində daha yeddi nəfər yaralanıb.

42 yaşlı sürücü hadisə yerində saxlanılıb və istintaq davam etdirilir. Qəzanın səbəbləri hələlik məlum deyil.

XXX

22:34

Almaniyanın Ştutqart şəhərinin mərkəzində qara rəngli “Mercedes” markalı avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə məlumat şəhər polisinin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.

“Hadisə yerindəyik və yeni məlumatlar əldə olunduqca ictimaiyyəti məlumatlandıracağıq”, – hüquq-mühafizə orqanlarının paylaşımında deyilir.

DPA agentliyinin verdiyi məlumata görə, azı üç nəfər xəsarət alıb. Hadisənin törədilməsində şübhəli bilinən sürücü saxlanılıb.

İnsident şəhər qatar stansiyası yaxınlığında, Şarlottenstrasse küçəsində baş verib. Hadisə yerində fövqəladə vəziyyət zonası yaradılaraq ərazi mühasirəyə alınıb.

Hazırda hadisənin qəza nəticəsində baş verdiyi, yoxsa sürücünün bu addımı qəsdən atdığı müəyyənləşdirilməyib. İstintaq davam edir.

Xəbər lenti

Xəbər lenti