Bakı. Trend:
Livan hökuməti HƏMAS hərəkatını ölkənin ərazisindən İsrailə hər hansı hücumlar təşkil etməməyi, əks təqdirdə “ən sərt ölçülərin” qəbul olunacağı ilə xəbərdar edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Livanlı mənbərələr istinadən məlumat yayıb.
“HƏMAS və ya başqa hər hansı qruplaşmaların bizim dövlətin sabitliyini pozmasına imkan verməyəcəyik. Livan ərazilərinin təhlükəsizliyi hər şeyin fövqündədir”,- Livanın Ali Müdafiə Şurasının bəyanatında qeyd olunub.
Briqada generalı Muhamməd Əl-Mustafa bildirib ki, Livanın suverenliyinə təhdid yaradan istənilən addımın qarşısını almaq üçün ən sərt ölçülər tətbiq olunacaq.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İsrail-Həmas müharibəsinin başlamasından sonra fələstinli döyüşçülər aras sıra Livan ərazisindən də İsrailə raket zərbələri endirirdi.