...

Litvada NATO hərbi təlimləri start götürüb

Dünya xəbərləri Materials 3 May 2025 10:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Litvada NATO-nun “Griffin Lightning” adlı beynəlxalq hərbi təlimləri başlayıb.

Trend xəbər verir ki, bu barədə Baltikyanı ölkənin ordu komandanlığının mətbuat xidməti məlumat yayıb.

“"Griffin Lightning” təlimlərində Almaniyanın 30-a yaxın hərbi helikopteri iştirak edəcək, onlar maksimum aşağı yüksəklikdə uçuşlar həyata keçirəcəklər”, - Litva ordu komandanlığının məlumatında bildirilir.

Qeyd edilir ki, kiçik “müharibə oyunlarında” TIGER döyüş helikopterləri, NH90 nəqliyyat helikopterləri, CH-53 ağır yükdaşıyan helikopterlər və EC135 yüngül çoxfunksiyalı helikopterlərdən istifadə olunacaq.

Helikopterlər manevrlər zamanı 150 metrədək yüksəklikdə uçuşlar həyata keçirəcəklər. Manevrlərin məqsədi NATO-nun müdafiə planları çərçivəsində potensial təhlükələrə reaksiyaların təlimidir. Təlim mayın 23-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti