...

Avstraliyada dünyanın ən böyük elektrik gəmisi suya buraxılıb

Dünya xəbərləri Materials 3 May 2025 07:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Hobart şəhərinin limanında, istehsalçısı tərəfindən dünyanın ən böyük elektrik gəmisi adlandırılan gəmi suya buraxılıb.

Trend xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilir ki, “Incat” gəmiqayırma şirkəti tərəfindən istehsal edilən və “Hull 096” adlandırılan gəmi 130 metr uzunluğa malikdir. Gəmi 2100 sərnişin və 225 avtomobil daşımaq qabiliyyətinə malikdir.

Tamamilə elektrik enerjisi ilə işləyən gəmi yalnız akkumulyatorlardan istifadə edir. Bu akkumulyatorların ümumi çəkisi 250 ton təşkil edir.

İstehsalçı bu layihəni şirkətin indiyədək həyata keçirdiyi ən çətin və iddialı layihə adlandırıb.

Xəbər lenti

Xəbər lenti