Bakı. Trend:
“İnter” klubunun almaniyalı müdafiəçisi Yann Bissek İngiltərə Premyer Liqasına keçə bilər.
Trend xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi ilə “Mançester Yunayted” ciddi şəkildə maraqlanır. Milan klubu futbolçunu 55 milyon avroya satmağa hazırdır. Onunla “Tottenhem” və “Vest Hem” klubları da yaxından maraqlanır.
Qeyd edək ki, Bissek “İnter”ə 2023-cü ilin yayında Danimarkanın “Orxus” klubundan transfer olunub. O, bu mövsüm İtaliya təmsilçisinin heyətində 40 rəsmi oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bissek həmçinin Almaniya millisinin də üzvüdür.