...

Türkiyədə 3 mərtəbəli tekstil fabrikində yanğın olub

Dünya xəbərləri Materials 3 May 2025 10:43 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Esenyurt şəhərində 3 mərtəbəli tekstil fabriki yanıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanğın yerli vaxtla 07.30 radələrində binanın son mərtəbəsində yerləşən qumaş materiallarının saxlanıldığı anbarda baş verib.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, müəssisəyə böyük maddi ziyan dəyib.

Yanğına müdaxilə etmək məqsədilə hadisə yerinə çoxlu sayda yanğınsöndürmə dəstələri səfərbər olunub. Bir müddətdən sonra alovu lokallaşdırmaq mümkün olub.

Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil. İnsidentlə əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti