...

Husilər ABŞ nefti daşıyan tankerləri vurmaqla hədələyib

Dünya xəbərləri Materials 3 May 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin “Ənsar Allah” hərəkatına bağlı husilər Amerika nefti daşıyan kommersiya gəmilərinə hücum edəcəkləri ilə xəbərdar ediblər.

Trend xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Məlumata görə, üsyançılar bu radikal qərarı, ABŞ-nin Yəməndəki hərbi kampaniyasına cavab olaraq tətbiq olunan “Amerika xam neftinin ixracı, təkrar ixracı , ötürülməsi, yüklənməsi, alınması və ya satışı qadağası” ilə əsaslandırıblar.

Husilərin nəzarətində olan və üsyançı qüvvələrlə gəmiçilik şirkətləri arasında əlaqələndirməni təmin edən Humanitar Əməliyyatların Əlaqələndirmə Mərkəzi gəmi sahiblərinə və operatorlarına 17 may tarixindən qüvvəyə minəcək qadağa ilə bağlı bildiriş göndərib.

Sənəddə qeyd olunur ki, Amerika neftini daşıyan gəmiçilik şirkətləri “Yəmənə və istənilən ərəb və ya İslam ölkəsinə qarşı təcavüz törətmiş şəxslər və təşkilatlar”ın sanksiya siyahısına daxil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti