Bakı.Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və digər kəşfiyyat bölmələrinin şəxsi heyətini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
"Administrasiya qanunvericiləri məlumatlandırıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ştatını bir neçə il ərzində təxminən 1,2 min nəfər azaltmağı, eləcə də ABŞ-nin kəşfiyyat icmasının digər bölmələrindən, o cümlədən Milli Təhlükəsizlik Agentliyindən minlərlə əməkdaşın ixtisarını planlaşdırır", - məlumatda bildirilir.
Qeyd edilir ki, ixtisarlar bir neçə il ərzində mərhələli şəkildə həyata keçiriləcək və birbaşa işdən çıxarmalar nəzərdə tutulmur.