...

Sabirabadda narkotik təsiri altında olan sürücü avtomobilində qanunsuz silah-sursat daşıyıb

Hadisə Materials 3 May 2025 12:55 (UTC +04:00)
Sabirabadda narkotik təsiri altında olan sürücü avtomobilində qanunsuz silah-sursat daşıyıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postunda “BMW” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücü, əvvəllər məhkum olunmuş 34 yaşlı R.Allahverdiyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və bıçaq da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti