...

ABŞ-də mikroavtobusla pikap toqquşdu

Turizm Materials 3 May 2025 07:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Aydaho ştatında, “Yellowstone” Milli Parkı yaxınlığında baş verən ağır yol qəzası nəticəsində azı yeddi nəfər həyatını itirib.

Trend-in "The New York Times" nəşrinə istinadən verdiyi məlumata görə, qəza mikroavtobusla pikapın toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində mikroavtobusda olan altı turist və pikapın sürücüsü ölüb.

Qəzanın dəqiq səbəbi hələlik açıqlanmayıb. Hadisə yerindən yayımlanan görüntülərdə hər iki nəqliyyat vasitəsinin alova büründüyü, hadisə yerinə təcili yardım, polis, yanğınsöndürən briqadaları və bir vertolyotun cəlb olunduğu görünür.

Hadisə ilə bağlı istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti