...

Premyer Liqa nəhəngləri Rodriqoya maraq göstərir

İdman Materials 3 May 2025 05:45 (UTC +04:00)
Premyer Liqa nəhəngləri Rodriqoya maraq göstərir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid"in braziliyalı cinah hücumçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend-in məlumatına görə, 24 yaşlı futbolçu ilə "Liverpul", "Mançester Yunayted" və "Mançester Siti" klubları maraqlanır. Adətən oyuna ehtiyatdan daxil olan Rodriqonun yeni təkliflərə açıq olduğu qeyd olunur. Onun transfer dəyəri hazırda 100 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Rodriqo Madrid təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləyə malikdir. O, cari mövsümdə 50 oyunda meydana çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti