...

“OTP” kod nədir və nə üçün vacibdir?

Gündəm Materials 2 May 2025 19:00 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“OTP” (One-Time Password) — yəni birdəfəlik şifrə, onlayn ödəniş və əməliyyatlar zamanı kart sahibi olduğunuzu təsdiqləmək üçün göndərilən fərdi təhlükəsizlik kodudur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu kod yalnız sizin üçündür və heç bir halda, bank əməkdaşı olduğunu iddia edənlərə, tanımadığınız şəxslərə verilməməlidir.

Unutmayın: “OTP” kodu kiberdələduzların sonuncu hədəfidir – bu kodu ələ keçirən şəxs kartınızdakı vəsaitləri asanlıqla mənimsəyə bilər.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara hər zaman diqqətli olmağı və şübhəli hal gördükdə dərhal bankla və ya müvafiq qurumlarla əlaqə saxlamağı tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti