Bakı. Trend:
Almaniyanın kansleri vəzifələrini icra edən Olaf Şolts qatı sağçı “Almaniya üçün Alternativ (AA) partiyasının tez bir zamanda ləğv olunmasına qarşı çıxıb.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə Yevangelik kilsənin Hannoverdə keçirilən konfransı çərçivəsində çıxışında danışıb.
“Mən tələsik qərarların əleyhdarıyam. Biz əvvəl bütün aspektləri yaxşıca təhlil etməliyik”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Almaniya əks-kəşfiyyatı AA-nın ekstrimist partiya hesab olunması üçün kifayət qədər əsaslar təqim etsə də, partiyanın fəaliyyətinin qadağan edilməsi prosesi hərtərəfli təhlildən sonra gerçəkləşdirilməlidir.