Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının Simi-Velli şəhərində kiçik tək mühərrikli təyyarə qəzaya uğrayıb, pilot həlak olub.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya şirkətinin yerli bölməsi xəbər verib.
Məlumata əsasən, təyyarənin iki yaşayış binasına çırpılması yanğına səbəb olub. Yanğın söndürülüb. Sakinlərə ziyan dəyməyib. Qəza yerli vaxtla saat 14:00 radələrində baş verib.
ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma aparır.