...

"KLM" şirkəti texniki problemlərə görə "Boeing 787" təyyarələrində reysləri ləğv edir

Dünya xəbərləri Materials 4 May 2025 03:10 (UTC +04:00)
"KLM" şirkəti texniki problemlərə görə "Boeing 787" təyyarələrində reysləri ləğv edir

Bakı. Trend:

Niderlandın "KLM" aviaşirkəti yanacaq doldurulmasında istifadə olunan hissələrdə yaranan texniki problemlərə görə "Boeing 787" təyyarələrində bəzi reysləri ləğv edib..

Trend-in məlumatına görə, bu barədə "NOS" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, şənbə günü Mexiko, Çikaqo və Portlendə üç "Boeing 787" reysi ləğv edilib.

Çikaqo və Portlendə uçuşlar mayın 3-də digər təyyarələrdə gecikmələrlə yerinə yetiriləcək. Mexikoya gedən sərnişinlər bazar günü uça biləcəklər. Digər reyslərin ləğv edilməsi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti