...

Pakistan ballistik raketi uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 4 May 2025 07:45 (UTC +04:00)

Bakı. Trend:

Pakistan şənbə günü "Abdali" ballistik raketini sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi Pakistan ordusuna istinadən xəbər verib.

Məlumata əsasən, “yer-yer” tipli raketin uçuş məsafəsi 450 km təşkil edib.

Pakistan ordusu bildirib ki, buraxılış raketin təkmil naviqasiya sistemi və təkmilləşdirilmiş manevr qabiliyyəti də daxil olmaqla “qoşunların əməliyyat hazırlığını və əsas texniki parametrlərini” yoxlamaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti