Bakı. Trend:
Mayın 2-də qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumat verilib.
Bildirilib ki, mayın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 tapança, 5 qumbara, 1 alışdırıcı, 4 tüfəng, 8 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.