Bakı. Trend:
Türkiyəkin sahil mühafizə xidməti qatı dumanla əlaqədar Bosfor boğazından gəmilərin hərəkətini dayandırıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, məhdud görünmə səbəbilə gəmilərin Bosforun hər iki istiqamətindən tranzit hərəkəti dayandırılıb.
Hazırda boğazda iri kommersiya gəmilərinin olmadığı, şəhər bərələrinin isə hərəkəti məhdud rejimdə davam etdirdiyi bildirilir.