...

Ağcabədidə qanunsuz tikili söküldü (FOTO)

Hadisə Materials 3 May 2025 11:05 (UTC +04:00)
Ağcabədidə qanunsuz tikili söküldü (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daha bir qanunsuz tikili sökülüb.

Trend xəbərt verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi tərəfindən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində fiziki şəxs Əliyev Seymur Həsən oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti