...

Çində helikopter qəzası: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 3 May 2025 08:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində baş vermiş helikopter qəzası nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Bildirilib ki, “Robinson R44 II” tipli helikopterin pilotu eniş zamanı idarəetməni itirib və hava nəqliyyatı vasitəsi təxminən 10 metr hündürlükdən yerə çırpılıb. Hadisə nəticəsində helikopterdə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı yerdə olan bir nəfər isə həyatını itirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb və onların həyatına təhlükə olmadığı bildirilir.

Hazırda əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.

Xəbər lenti

Xəbər lenti