...

Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib

Cəmiyyət Materials 2 May 2025 15:07 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, indiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.

Qərara əsasən, bu tələb ləğv olunub.

Eyni zamanda, regionşünaslıq ixtisasının Amerika, ABŞ, Kanada, Böyük Britaniya üzrə ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, Almaniya üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, Fransa üzrə ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti