...

Söz azadlığından istifadə edilərkən digərlərinin şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilə yolverilməzdir - Sənan Hacıyev

Cəmiyyət Materials 2 May 2025 11:11 (UTC +04:00)
Söz azadlığından istifadə edilərkən digərlərinin şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilə yolverilməzdir - Sənan Hacıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə fəaliyyətinə dair informasiyanın açıqlığı öz növbəsində xüsusi yanaşma tələb edən məsələlər dairəsinə aiddir. Belə ki, bu istənilən məlumata deyil, vətəndaşların şəxsi həyatına toxumayan, o cümlədən şəxsi və ailə sirri təşkil etməyən məlumatlara əlçatanlığı nəzərdə tutur.

Trend xəbər verir ki, bunu Ali Məhkəmə Kollegiyasının sədri Sənan Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, fikir və söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf, ləyaqəti, şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır:

“Bununla yanaşı, cinayət işləri üzrə məlumatların yayımlanması zamanı təqsiləndirilən şəxslərin təqsirsizlik prezumpsiyasının qorunmalı olduğu, habelə hər hansı iş üzrə yanlış ictimai fikrin formalaşdırılmasının hakimə əsassız təzyiqlə nəticələnərək, onun daxili inamına uyğun qanuni qərar qəbul etməsinə mane olacağı nəzərə alınmalıdır”

Xəbər lenti

Xəbər lenti