...

Azərbaycanda müasir suvarma sistemlərinin maliyyələşdirilməsi üçün ayrılan kreditlərə 60%-dək zəmanət veriləcək

İqtisadiyyat Materials 2 May 2025 13:44 (UTC +04:00)
Azərbaycanda müasir suvarma sistemlərinin maliyyələşdirilməsi üçün ayrılan kreditlərə 60%-dək zəmanət veriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ərzaqlıq buğda pilot layihəsi çərçivəsində quraşdırılan müasir suvarma sistemlərinin maliyyələşdirilməsi üçün banklar tərəfindən ayrılan kreditlərə agentlik tərəfindən 60%-ə kimi zəmanətlərin verilməsi nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov bu gün Bakıda IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən dəyirmi masada deyib.

"Aqrar sahənin kreditləşməsi istiqamətində müxtəlif çətinliklər mövcuddur. Son illər kredit qoyuluşları üzrə portfeldə aqrar sahəyə yönələn kreditlərin ümumi həcminə baxsaq, bu, çox kiçik məbləğ təşkil edir. Əsas çətinliklər aqrar sahəyə yönələn kreditlərin yüksək riskli olması ilə bağlıdır.

Bu istiqamətdə ayrılan kreditlər üzrə zəmanətin verilməsi, eyni zamanda, faizlərin subsidiyalaşması mexanizmini tətbiq etmək olar. Agentlik olaraq bu istiqamətdə də mühüm tədbirlər görmüşük. Belə ki, ərzaqlıq pilot layihəsi çərçivəsində quraşdırılan müasir suvarma sistemlərinin maliyyələşdirilməsi üçün banklar tərəfindən ayrılan kreditlərə agentlik tərəfindən 60%-ə kimi zəmanətlərin verilməsi nəzərdə tutulub.

Eyni zamanda həmin kreditlər üzrə faizlərin böyük hissəsinin agentlik tərəfindən ödənilməsi də görəcəyimiz tədbirlərdə yer alıb.

Bundan əlavə, maliyyələşmədə olan digər problemlərdən biri də maliyyələşmənin vahid bir platforma üzərindən idarə olunmaması ilə bağlıdır. Hazırda bu istiqamətdə işlərə başlamışıq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti