...

Rayonlarda narkotik əməliyyatı - Saxlanılanlar var

Hadisə Materials 2 May 2025 12:38 (UTC +04:00)
Rayonlarda narkotik əməliyyatı - Saxlanılanlar var
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar.

Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı raşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti