Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,37 ABŞ dolları və ya 2,1% azalaraq, 63,76 dollar/barel təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar və ya 2,11% ucuzlaşaraq 62,06 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,36 dollar və ya 2,71% azalaraq, 48,78 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,74 dollar və ya 2,75% azalaraq 61,54 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.