Bakı. Trend:
Havaların qeyri-sabit keçməsi təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə fermer təsərrüfatlarına ciddi ziyan vurub.
Trend xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün Bakıda IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən dəyirmi masada deyib.
"Məsələn, Türkiyədə aprelin əvvəllərində havaların kəskin dəyişməsi sığortalı fermer təsərrüfatına bir milyard manata yaxın ziyan vurub.
Aprelin ilk günündə aqrar istehsala 13 milyon manat ziyan deyib. Bu, təkcə sığortalı fermer təsərrüfatlarına aiddir. İlin əvvəlindən isə aqrar sektorda istehsala 26 milyon manatlıq ziyan dəyib", - sədr qeyd edib.
"Ölkədə elektron kənd təsərrüfatı informasiya sistemindən qeydiyyatda olan əkin ərazilərinin 94%-nin sığorta xidmətlərinə əlçatanlığı təmin olunub. Artıq 2024-cü ildə əkinə yararlı ərazilərin 27%-i tərəfimizdən sığortalanıb", - deyə F.Sadıqov bildirib.
"Son iki ildə 10 milyon manatdan çox zərər ödənişi edilib. Bu il mayın 1-dək,.yəni cari ilin ilk 4 ayında artıq 3,7 milyon manatlıq zərər ödənişini etmişik. Düşünürük ki, bu ilin sonunadək bu rəqəmlər ötən ilin müvafiq göstəricilərini ən azı 50%-70% civarında üstələyəcək", - deyə sədr əlavə edib.