...

Dağıstanda terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 2 May 2025 11:42 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Dağıstan Respublikasında terror aktının qarşısı alınıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, saxlanılan 59 yaşlı qadın beynəlxalq terror təşkilatının üzvüdür və mayın 9-da Xasavyurtda hüquq-mühafizə orqanlarının inzibati binasında partlayış törətməyi planlaşdırıb. O, bunun üçün kustar üsulla hazırlamış partlayıcı qurğudan istifadə etmək niyyətində olub.

Axtarış zamanı şübəlinin telefonundan kuratoru ilə apardığı yazışmalar üzə çıxıb; orada onlar terror aktına hazırlığı müzakirə ediblər.

Əməliyyat zamanı FTX əməkdaşları onun üzərindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun hazırlanması üçün nəzərdə tutulmuş komponentlər götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti