Bakı. Trend:
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana səfərdə olacaq.
Trend xəbər verir ki, bu barədə Vyetnam hökuməti məlumat yayıb.
Məlumata əsasən, To Lam xanımı və yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə mayın 5-dən 12-dək Qazaxıstan, Azərbaycan və Belarusda dövlət səfərlərində, Rusiyada isə rəsmi səfərdə olacaq.
Qeyd edilib ki, Rusiyada olarkən To Lam mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirakı planlaşdırılır.