...

Mikromobillik, parklanma və taksi sahələrində aparılan məqsədyönlü işlər davam etdirilməlidir - Nazir müavini

Cəmiyyət Materials 2 May 2025 12:51 (UTC +04:00)
Mikromobillik, parklanma və taksi sahələrində aparılan məqsədyönlü işlər davam etdirilməlidir - Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Elektrik avtobus və qatarların istismara verilməsi, mikromobillik zolaqlarının yaradılması, parklanma və taksi sahələrində aparılan islahatların ilkin müsbət nəticələri olsa da, bu istiqamətdə məqsədyönlü işlər davam etdirilməlidir.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan həmçinin regionun vacib tranzit və logistika qovşağı kimi mövqeyini də gücləndirir.

“Dəmir yolu xətlərinin müasirləşdirilməsi, Ələt Limanının genişləndirilməsi və s. kimi addımlar ölkəmizin tranzit qabiliyyətini əhəmiyyətli artıraraq Şərqlə Qərb, Şimalla Cənub arasında dayanıqlı əlaqələrin formalaşmasına zəmin yaradır”, - deyə R.Hümmətov qeyd edib.

Xəbər lenti

Xəbər lenti