...

Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb - Anar Eyvazov

Cəmiyyət Materials 2 May 2025 12:01 (UTC +04:00)
Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb - Anar Eyvazov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müasir döyüş üsullarının öyrənilməsi, yeni tendensiyaların orduya tətbiq edilməsi yollarını antiteror əməliyyatlarında gördük.

Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında peşəkarcasına döyüşən ordu fəaliyyət göstərib.

“Qarabağda heç bir mülki insana, abidələrə zərər gəlməməli idi. Bu kimi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni birləşmələrinin qalıqlarını ölkə ərazisindən təmizlədi”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti