...

Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır - Əhməd İsmayılov

Cəmiyyət Materials 2 May 2025 10:29 (UTC +04:00)
Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır - Əhməd İsmayılov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir.

Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır.

“Xatırlatmaq istərdik ki, ötən il təşkil etdiyimiz Forum media gündəminin formalaşdırılması, xüsusən də ictimai maraq doğuran mövzuların daha peşəkar şəkildə işıqlandırılması istiqamətində mühüm nailiyyət kimi həm dövlət orqanları, həm də media ictimaiyyəti tərəfindən təqdir olunub”, - deyə Ə.İsmayılov qeyd edib.

Xəbər lenti

Xəbər lenti