Bakı. Trend:
27 minədək buraxılış kartı alan taksi sürücüsü var.
Trend xəbər verir ki, bunu AYNA-nın Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 27 minə yaxın buraxılış kartı alan taksi sürücüsü var:
“Bir il bundan əvvəl bu say 67 min idi. Azalmaya səbəb odur ki, artıq hər şey standartlaşıb, sürücülər imtahan verirlər. Həmçinin də avtomobillər son 7 il buraxılışı olmalıdır.
Taksi əvvəllər o qədər ucuz idi ki, insanlar yaxın məsafələrə taksi ilə gedirdilər. Artıq insanlar piyada və ya digər yollarla hərəkət etməyə üstünlük verirlər”.
"Bir vaxtlar Bakıda “Prius” məhfumu, anlayışı var idi, vətəndaşlar bundan narazı idilər", - o əlavə edib.