...

İşlədiyi evdən oğurluq edən usta saxlanılıb

Hadisə Materials 2 May 2025 14:23 (UTC +04:00)
İşlədiyi evdən oğurluq edən usta saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bİldirilib ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmiş, həmin evdə usta olaraq çalışan 38 yaşlı Q.Əliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonunda yerləşən bir idarəyə məxsus sahədən 407 manat dəyərində dəmir boruları oğurlamış 56 yaşlı B.Paşayev, 42 yaşlı N.Məmmədov və həmyaşıdı R.Paşayev də saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti