...

Xocalı şəhəri içməli su ilə necə təmin edilir? - AÇIQLAMA

Cəmiyyət Materials 2 May 2025 10:48 (UTC +04:00)
Xocalı şəhəri içməli su ilə necə təmin edilir? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Xocalı şəhərinin əhalisi içməli su ilə şəhər ərazisində olan 2 subartezian quyu və Badara kəndindən çəkilmiş magistral su kəməri ilə təmin olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Badara kəndindən gələn su 2 ədəd 500 kubmetrlik su anbarına yığılır və özüaxımı ilə əhaliyə çatdırılır.

“Subartezian suyu xlorator qurğusu ilə təmizlənir əhaliyə çatdırılır. Əhali 24 saat keyfiyyətli içməli su ilə təmin olunur”,-deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti